AZ

Hindistanlı diplomat: "Rusiyanın qırmızı xətləri sınanılır"

"Qərb Ukrayna silahlı qüvvələrini Rusiya hədəflərinə hücum etmək üçün getdikcə daha çox ölümcül silahlarla təmin etməklə, Ukraynada hərbi münaqişənin kəskinləşməsinə səbəb olur".

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiyanın nüvə siyasətindəki mövcud dəyişikliklərinə toxunan Hindistan Xarici İşlər Nazirliyinin keçmiş rəis müavini Cavaharlal Nehru deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə hüquqlarını genişləndirən Rusiyanın nüvə doktrinasının qarşıdan gələn yenilənməsi təkcə Qərbdə deyil, Qlobal Cənubda Rusiyaya dost olan ölkələrdə də qızğın müzakirələrə səbəb olub:

"Ukraynada münaqişənin getdikcə daha təhlükəli xarakter aldığını görürük. Bu vəziyyətdə prezident Putin Rusiyanın nüvə doktrinasına yenidən baxılacağını elan edib. Hökumətin bu sahədəki siyasətində baş verən dəyişiklik Rusiyanın nüvə silahından istifadə həddini aşağı salır. Bu, Qərbin daha da gərginləşməməsi üçün xəbərdarlıqdır".

Gülşən Şərif

Seçilən
25
bakivaxti.az

1Mənbələr