AZ

Dünyanın ən xoşbəxt şəhərləri AÇIQLANDI

Böyük Britaniyada yerləşən Həyat Keyfiyyəti İnstitutu tərəfindən şəhərlərdə yaşayan insanların ətraf mühit, ictimai nəqliyyat, yerli iqtisadiyyat, yerli idarəetmə kimi meyarlara görə verdiyi cavablar əsasında hazırlanan araşdırmada ilk 250 şəhər seçilib. 

News24.az xəbər verir ki, Şimali Avropa şəhərləri 2024-cü il reytinqində yenidən yüksək pillədə qərarlaşıb.

Danimarkanın ikinci böyük şəhəri Orhus birinci, İsveçrənin Sürix şəhəri ikinci, Almaniyanın paytaxtı Berlin üçüncü yerdədir.

Dördüncü yerdə İsveçin Göteborq şəhəri, beşinci yerdə isə Hollandiyanın Amsterdam şəhərləri qərarlaşıb. 

Bu şəhərləri Helsinki, Bristol, Kopenhagen, Cenevrə, Münhen və Stokholm izləyib.

Məryəm İlhamqızı


Seçilən
23
news24.az

1Mənbələr