Moldovada təhlükəsizlik xidmətinin tələbi ilə daha beş sayt, o cümlədən Yandex, Zen və Rutube səhifələri bloklanıb.
Bu barədə "Orange" telekommunikasiya şirkəti öz saytında məlumat yayıb.
“Orange Moldova öz istifadəçilərinin aşağıdakı internet səhifələrinə girişini bloklayıb: *.moldova24.online, *.pwa.moldova24.online, *.rutube.ru, *.yandex.ru, *.dzen.ru”, - mesajda deyilir.
Departamentin bu resursların bloklanması ilə bağlı əmri bir gün əvvəl, oktyabrın 2-də daxil olub.