AZ

Ten Haqa xələf olmağa daha bir namizəd

“Mançester Yunayted”in baş məşqçi postuna daha bir namizədin adı bəlli olub. Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” “Brentford”da əla işlər görən Tomas Franka tapşırıla bilər.

Erik ten Haqa uğursuzluqdan çıxmaq üçün 2 oyunluq şans verən klub rəhbərliyi vəziyyətin düzələcəyinə ümid etmir. Bu səbəbdən müxtəlif namizədlərlə anlaşma variantları nəzərdən keçirilir. Mançesterlilər Qaret Sautqeyt, Qrem Potter, Massimiliano Alleqri ilə yanaşı Tomas Frankın mümkün təyinatını da nəzərdən keçirir.

Frank 2018-ci ildən “Brentford”un baş məşqçisidir. 50 yaşlı danimarkalı ilk iş yerində əla nəticələrə imza atıb, komandanı İngiltərə Premyer Liqasına yüksəldib, burada isə möhkəm komanda formalaşdıra bilib.

phrase_var_article.chosen
56
futbolinfo.az

1phrase_var_article.sources