AZ

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar (FOTO)

Şuşa. Trend:

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqətibilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransıniştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olanŞuşa şəhərinə səfər edib.

Trend xəbər verir ki, onlarŞuşa şəhərinin mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xanqızı bulağı olan ərazi, qala divarları ilə tanış olublar.

Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti,şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezidentMehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılanquruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulanplanlar barədə məlumat verilib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəkitarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruzqalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslıbərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulmasıilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix vəmədəniyyət abidələrinin bərpasına başlanılıb.

Qonaqlar həmçinin ötən il Şuşa həbsxanasının ərazisindəaşkarlanmış kütləvi məzarlığın aşkarlandığı əraziyə də başçəkiblər.

Bildirilib ki, ötən il bu ərazidə 31 nəfərə aid olması ehtimaledilən insan qalıqları aşkarlanıb: “Bir-birinin üzərində tapılmışqalıqların üzərində zədə izləri varıydı. Toplanmış materiallarfaklta təsdiq edirdi ki, buradakı insanlara çoxsaylı işgəncələrverilib və onlarla qeyri-insani rəftar edilib”.

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir vəitkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl XaçKomitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslərprobleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnundəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkilolunub.

İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
İtkin
Seçilən
22
12
az.trend.az

10Mənbələr