İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Məcid Divani öldürülüb.
Editor.az bildirir ki, bu barədə “Mashregh News” yazıb. Nəşrin məlumatına görə, o, oktyabrın 1-nə keçən gecə İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində yaralanıb. İran hakimiyyəti Məcid Divaninin ölümü ilə bağlı məlumat verməyib. Media Divanini SEPAH-ın ən mühüm məsləhətçilərindən biri adlandırır.
Suriya televiziyası bildirib ki, oktyabrın 1-nə keçən gecə İsrail Dəməşqdə Suriya Telekommunikasiya Şirkətinin binası yaxınlığında “hərəkət edən obyektə” zərbələr endirib. SANA-nın məlumatına görə, 3 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
//Samir Qurbanov, Editor.az