AZ

Rusiyada 1500 məhbusun olduğu həbsxanada yanğın olub –VİDEO

Yekaterinburqda həbsxanada yanğın olub.

Azpost.info bildirir ki, bu barədə SHOT teleqram kaanlı məlumat yayıb.

10 saylı cəzaçəkmə müəssisəsində 1500 məhbus var, ciddi rejimli həbsxanadır.

Binanın 67 yaşı var. Burada plastik pəncərələr, yumşaq və ofis mebelləri istehsalı, daşqırma emalatxanası, tikiş və dülgərlik emalatxanaları fəaliyyət göstərir.

Yanğın koloniyanın ərazisindəki yanğınsöndürmə məntəqəsində baş verib. Yanğınsöndürmə ilə bağlı bilavasitə vəzifələrinə daxil olmayan depo işçiləri təxliyə edilir.

Məhkumlar təhlükəsiz bloka köçürülüb.

İlkin məlumata görə, itki olmayıb. Yanğın söndürülüb. Ölən və yaralananlar olmayıb.

 

Seçilən
34
azpost.info

1Mənbələr