“Məğlub olmaya bilərdik, amma bundan öncədə bildirmişdim ki, bu komandanın özünəməxsus oyun tərzi var. İlk hissədə bizə çətinlik yaşatdılar. İkinci hissədə diqqətsiz oynadıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Malmö” oyunu (1:2) sonrası deyib. O, daha sonra belə davam edib:
“Qol epizodlarımız oldu, lakin istifadə edə bilmədik. Görüləsi işlər çoxdur. Məğlubiyyətin səbəblərini özümüzdə axtarmalıyıq. Rəqib bu gün daha istəkli idi. Ümumən yaxşı komandamız var, amma son zamanlarda performansımızdan uzaq olduğumuz doğrudur. Hər bir halda futbolçularıma güvənirəm. Qarşıda daha yaxşı matçlarımız olacaq”.