AZ

Münəvvərin qalmaqallı qətli yenidən gündəmdə - Məzarda kəfən yoxdur

15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirib daha sonra cəzaçəkmə müəssisəsində intihar edən Cem Qəriboğluya aid məzar açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat paylaşıb.

Məlumata görə, Münəvvər Qarabuludun ailəsi qəbiristanlığa gəlməyib.

Təxminən bir saatlıq qazıntı işlərindən sonra cəsəd ekskumasiya edilərək aidiyyəti üzrə təhvil verilib.

Karabulut ailəsinin vəkili Rezan Epözemir açıqlamasında bildirib ki, qəbirdə nə kəfən, nə də bez olub.

Qeyd edib ki, cəsədin diş, saç və kürək sümüklərindən DNT analizi götürüləcək.

Xatırladaq ki, Münəvvər Qarabulut 3 mart 2009-cu ildə Cem Qəriboğlu tərəfindən baltalanaraq öldürülüb.

Cinayət əməlinə görə 24 il həbs cəzasına məhkum edilən Cem, 2014-cü il oktyabrın 10-da qaldığı Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Onun ölümü bütün ölkədə narazılıq yaradıb və mediada geniş işıqlandırılıb.

Hətta bəzi mənbələrdə Cem Qəriboğlunun ölmədiyi, ABŞ-də bir neçə dəfə görüntüləndiyi qeyd olunub.

Seçilən
74
2
qafqazinfo.az

3Mənbələr