AZ

Hindistanın keçmiş səfiri: Ukraynadakı münaqişə getdikcə təhlükəli xarakter alır

Hindistanın Rusiyadakı keçmiş səfiri Kanval Sibal “Kommersant”a bildirib ki, Ukraynadakı münaqişə daha təhlükəli miqyas alır. Diplomatın sözlərinə görə, Qərb ölkələri Kiyevə getdikcə daha güclü silahlar verməklə Moskvanın “qırmızı xətlərini” sınaqdan keçirməyə çalışırlar.

O, Rusiyanın nüvə doktrinasına aydınlıq gətirilməsini xatırladıb.

“Vəziyyət yetişib, bütün bunlar təsadüfən yaranmayıb. Biz görürük ki, Ukraynadakı münaqişə getdikcə daha təhlükəli xarakter alır”, – diplomat bildirib.

Sentyabrın 25-də Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasında nüvə dövlətinin iştirakı ilə qeyri-nüvə dövlətinin ölkəyə qarşı təcavüzünü onların Rusiyaya birgə hücumu hesab etməyi təklif etdi.

Mənbə RİA Novosti

Seçilən
7
dogru.az

1Mənbələr