Ermənistanın 27 illik işğalı nəticəsində tamamilə dağıdılaraq xarabalığa çevrilmiş Cəbrayıl şəhərində qısa zamanda müasir standartlara uyğun yeni orta məktəb inşa edilib.
QHT.az xəbər verir ki, bu təhsil müəssisəsi, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun inkişafı ilə bağlı güclü siyasi iradəsini və yenidənqurma prosesindəki əzmini nümayiş etdirir. Yeni məktəbin inşası, təkcə təhsil sahəsində deyil, eyni zamanda işğaldan azad edilən ərazilərin bərpası və müasir infrastruktura uyğun qurulmasının bir hissəsi olaraq görülür. Azərbaycanın gücü və dövlətin gələcək nəsillər üçün yaratdığı inkişaf və tərəqqi strategiyası bu layihədə öz əksini tapır.