AZ

Rusiyanın baş prokuroru Ermənistana gəldi

Rusiyanın baş prokuroru İqor Krasnov İrəvana gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Krasnov Ermənistanın paytaxtında MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının 34-cü iclasında iştirak edəcək. Tədbirdə Ermənistan, Belarus , Qazaxıstan , Qırğızıstan , Rusiya, Tacikistan və Özbəkistan Baş Prokurorluqlarının nümayəndə heyətləri iştirak edəcəklər.

Rusiyanın baş prokuroru həmçinin xarici həmkarları ilə bir sıra görüşlər keçirəcək, bu görüşlər zamanı tərəflər əsas məsələlər üzrə fikir mübadiləsi apara və işin səmərəliliyini artırmaq üçün birgə həll yolları barədə danışıqlar aparacaq


Müəllif: Arzu
Seçilən
42
teleqraf.com

1Mənbələr