AZ

Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi (VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev oktyabrın 4-də "Əl-Ərəbiyə" televiziya kanalınamüsahibə verib.

Trendmüsahibəni təqdim edir.

-Əvvəllər soyuq müharibə olmuş bu münaqişə indiAzərbaycanı və Ermənistanı alova bürüyüb. Bu müharibə keçmişdənqaynaqlanır və indi artilleriya mərmilərinin səsi eşidilir. DağlıqQarabağ yenidən gündəmə gəlib, müharibə Qarabağdan və beynəlxalqtərəflərin müdaxilələrindən kənara doğru genişlənir, regionalmüharibəyə çevrilməklə bağlı xəbərdarlıqlar mövcuddur. Münaqişəninhəll yolu, beynəlxalq müdaxilələr bizim Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev ilə müzakirəmizin mövzusu olacaq. Canlıyayımımıza Bakıdan Prezident İlham Əliyev qoşulur. Xoş gəlmisinizcənab Prezident.

-Təşəkkür edirəm.

-Cənab Prezident, biz son günlərdə inkişaf edənhadisələrdən, Ermənistan və Azərbaycan arasında olan böhrandanbaşlayacağıq. Bu eskalasiyanın başlanğıcı necə oldu?

-Sentyabr ayının 27-də Ermənistan bizim hərbi mövqelərimizə vəmülki şəxslərimizə hücum etdi. Mülki şəxslərimiz bu hücumdanəziyyət çəkmişdir. Mülki şəxslərimiz arasında qurbanlar var. Busəhərə olan məlumata əsasən 22 mülki şəxs öldürülmüş və 73-üyaralanmışdır. Əfsuslar olsun ki, bu gün bizdə yenə sadəkəndlilərimiz arasında onlarla yaralı və qətlə yetirilənlər var.Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olmuşdur.Biz əks-hücuma başladıq və bu əks-hücum nəticəsində Azərbaycanınişğal olunmuş ərazilərində yerləşən Ermənistanın atəş mövqelərinisusdura bildik. Biz ərazilərin bir qismini, bir neçə kəndi azad edəbildik və bu gün biz 27 il Ermənistanın işğalı altında olanCəbrayıl şəhərini azad etdik. Bizim uğurlu hərbi əməliyyatımızdavam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzübərpa etmək üçün tamamilə qətiyyətliyik.

-Prezident Əliyev, açıq-aşkar görünür ki, Azərbaycan vəErmənistan arasında hadisələrin gedişi nəzarətdən çıxır, bu hərbiəməliyyatların genişlənməsinin hər hansı bir həddivarmı?

-Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyətAzərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücuməməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azadetməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına damüraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlbetsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa,demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətindəsaxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibədayanacaq. Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəridanışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 ilərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistanərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsizçıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatınınqətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasirəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. OnlarAzərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayındaonlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, bizözümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütünölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədətanınan ərazi bütövlüyümüzü bərpa etməli idik.

-Prezident Əliyev, əgər Ermənistan Sizin təqdimetdiyiniz bu təşəbbüsə cavab verməsə, bu eskalasiya davam edəcək vəmülki şəxslərin həyatı üçün qorxular olacaq və bunun bədəli çoxyüksək olacaq.

-Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağırartilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda,işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təminetməklə Cenevrə Konvensiyanı kobud şəkildə pozur. Bizərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasındaolan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandatı olanvasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruktivyanaşma nümayiş etdirmək əvəzinə, Ermənistan iyul ayında bizə qarşıhərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik. Onlar terroraktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər və budiversiya qrupunun başçısı yaxalanmışdır. İndi o, ifadə verir vəsentyabr ayında onlar bizim kəndlərimizi və şəhərlərimiziartilleriya bombardmanına tutdular. Münaqişə bölgəsinə yaxınyaşayan sıravi azərbaycanlıların 500-dən çox evi tamamilədağıdılmışdır və ya onlara ziyan dəymişdir. Buna görə Ermənistan butəcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizimərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər.Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlıvaxt cədvəlini bizə təqdim etməlidirlər. Onların "QarabağErmənistandır" deyən baş naziri indi deməlidir ki, "QarabağErmənistan deyil" və bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyəson qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq.

-Lakin Prezident Əliyev, "Əl-Ərəbiyə" vasitəsiləErmənistan prezidenti danışıqlar haqqında danışdı və o dedi ki,münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Siz buna nə cavabverərdiniz?

-Mən razıyam. Mən həllin danışıqlar vasitəsilə olduğunudüşünürəm. Lakin danışıqların məğzi olmalıdır. Ermənistanın"Qarabağ Ermənistandır" deməsi, - onların baş naziri bunu söyləyib,- münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünkihəmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olanATƏT-in Minsk qrupu - onlar danışıqlar zamanı illər ərzindəmünaqişənin həlli üçün prinsipləri hazırlayıblar və regionumuzdadayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuşərazilərin boşaldılmasıdır. İki il bundan əvvəl dövlət çevrilişi vəCorc Soros tərəfindən maliyyələşdirilmiş "inqilab" nəticəsindəhakimiyyətə gəlmiş Ermənistanın baş naziri "Qarabağ Ermənistandır"deyəndə o danışıqların məğzini məhv edir. Danışılası heç bir şeyqalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir özdestruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləribarədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlarprosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilədanışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətənməqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Bizvasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləriişləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heçbir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətinrəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heçbir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və özölkəsini dağıtmağa başlayır. İndi Ermənistan böhranvəziyyətindədir. O, əsas siyasi partiyanın rəhbərini həbs edir. O,mənim müxtəlif dövrlərdə danışıqlar üzərində çalışdığım iki sabiqprezidentə qarşı cinayət araşdırmasına başlayır. O, tamamilədespotik bir rejim yaradır və danışıqları məhv edir və biz nəetməliyik? O, azərbaycanlılara qarşı təhqiramiz bəyanatlar verir,o, tərhrikedici addımlar atır və vasitəçilərin özlərini, yumşaqdesək, bu qəribə davranış çox çaşdırmışdır. O, danışıqlar prosesiniməhv edir. Ona görə mən hesab edirəm ki, danışıqlara geri qayıtmaqüçün birinci Ermənistanın baş naziri "Qarabağ Ermənistan deyil"deməlidir, çünki "Qarabağ Ermənistandır" ifadəsi yalandır, QarabağAzərbaycandır! O, torpaqların sahibi olan bizə onlarınqaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmışprinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücumakeçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrəvaxt cədvəlini verməlidir və belə olan halda biz savaşıdayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik,biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerinigöstərəcəyik.

-Prezident Əliyev, tərcümə olduğuna görə müdaxilə edəbilmirdim, lakin cavabınızla bağlı şərh vermək istədiyim üç məsələvar. Birincisi, Siz Ermənistanın böhran vəziyyətində olduğunudediniz. Lakin biz erməni xalqının öz rəhbərliyini dəstəklədiyinigörürük və onlar ölkə rəhbərliyinin onları necə müdafiə etməsinialqışlayırlar. İkincisi odur ki, Ermənistanın "Qarabağ Ermənistandeyil" deməsi ərazilərdən çıxması üçün yeganə şərtdir, yoxsadanışıqlar masasına qayıtmaq üçün başqa şərtlər və ya ilkin şərtlərvar? Üçüncüsü, vasitəçilərin haqqında danışdığı və ya çaşqınlıqyaşadığı ölkələr hansılardır?

-Ölkələr haqqında artıq mən dedim, ATƏT-in Minsk qrupu. ATƏT-inMinsk qrupunun həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatlarıvə Fransadır. Bu qrupun nümayəndələri ilə son illər ərzindətəmaslarımda bizim fikir mübadiləsi aparmaq imkanımız oldu və nəmən, nə də onlar danışıqların irəli aparılması üçün nəyinedilməsinin mümkün olduğunu bilmirdik. Çünki bildiyiniz kimi,danışıqlar prinsipləri və danışıqlar formatı müəyyən olunmuşdur.Bu, Azərbaycan tərəfindən birtərəfli qaydada müəyyən olunmamışdır.Bu, vasitəçilər tərəfindən təklif olunmuşdur və iki ölkə -Azərbaycan və Ermənistan tərəfindən qəbul olunmuşdur. Danışıqlarınformatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə arasındamünaqişədir. Ermənistanın baş naziri bu formatın qəbuledilməzolduğunu və Azərbaycanın Ermənistanın özü də daxil olmaqla heç birdünya ölkəsinin tanımadığı qondarma "Dağlıq Qarabağ respublikası"ilə danışıqlar aparılmalıdır dedi. Bu, danışıqları pozmaq üçünqəsdən edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə biz, nə dəvasitəçilər bunu qəbul etməyəcək. Vasitəçilər - Rusiya, AmerikaBirləşmiş Ştatları və Fransa bunu rədd etdilər. Sonra o dedi ki,"Qarabağ Ermənistandır". Bunu onun sələflərindən heç biri əvvəllərdeməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir.Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlarvasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağdaazərbaycanlı və erməni icması arasında normal birgəyaşayışı təminetməkdir. Çünki müharibədən əvvəl, Ermənistan bizim ərazilərimiziişğal etməzdən əvvəl, Dağlıq Qarabağ əhalisinin 25 faiziazərbaycanlılar idi. Lakin bu gün Dağlıq Qarabağla yanaşı, erməniəhalinin mövcud olmadığı, 700 mindən çox azərbaycanlının yaşadığıDağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal altındadır. Onlarınhamısı didərgin düşüb, evlərinin hamısı dağıdılıb. Bütün tarixiabidələrimiz, o cümlədən məscidlərimiz erməni barbarları tərəfindəndağıdılıb və indi biz irəliləyişə yaxınlaşdığımız bir vaxtdaErmənistan hökumətində dəyişiklik olur, siyasətlə heç bir əlaqəsiolmayan yeni insanlar, yeni komanda hakimiyyətə gəlir, budestruktiv bəyanatları verir və addımları atır, bizə qarşı hərbitəcavüzə başlayır. Biz nə etməli idik? Biz özümüzü müdafiə etməliidik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadəkbiz bunu edəcəyik.

-Prezident Əliyev, Rusiya və Fransa Türkiyə üzərindənSuriyadan gələn muzdlularla bağlı sizə qarşı ittihamlar irəlisürür. Siz buna necə cavab verərsiniz?

-Biz bunu tamamilə rədd edirik. Son on gün ərzində, ötən həftəFransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedimki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərinolmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəngedəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlilyoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər?Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidənqaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onubizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəniittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamlabağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağındaəcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizimordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüşzonasında etdiyimiz internetdə göstərilir. Bizim müasirdronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərininecə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca obirini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlardabayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamiləəsassızdır.

Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki,ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feykxəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bufeyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki,bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittihamedənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətliolmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlaradözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər bizdüşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxluçaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlarregiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizimtorpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün özmüqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki,sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlaraversinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazəversinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikayamüstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyəonlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onlarınbunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamlarıdayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələlgətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçularbarədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlarözləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlarbizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar.

-Bəziləri hesab edir ki, bu böhran genişlənsə, sizintorpaqlarınız savaş meydanına çevriləcək və bu, sizin xeyrinizəolmayacaq. Bu, bir növ sizin torpağınızda marionetlər müharibəsinəbənzəyir. Siz qorxmursunuz ki, bu, regionlar arasında mübarizəolar?

-Xeyr, marionetlər müharibəsi yoxdur. Azərbaycan müstəqilölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyəttərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox güclümövqeyi var. Mən bizim nailiyyətlərimizlə bağlı sizə cəmi iki misalgətirə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi iləAzərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqilsiyasətimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çoxməsuliyyətli üzvü olması sayəsində oldu. Bu il biz Bakıda 120ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik vəAzərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdü. Buşərəfli vəzifə 120 ölkənin yekdil qərarı ilə Azərbaycana həvaləoldu. Marionet ölkə bu dəstəyi ala bilərmi? Marionet ölkələrmiskindir. Heç kim onlara hörmət etmir. Heç kim onlara diqqətyetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir.Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi,enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionetdeyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlarölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdədeyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz özmüstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizimişlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başadüşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanınmaraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğmatorpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunutəmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq,şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Bizişğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağınıqaldıracağıq.

-Prezident Əliyev, Avropa deyir ki, sizinlə Ermənistanarasında olan bu böhranın hərbi həll yolu yoxdur. Siz Avropanın bumövqeyinə necə cavab verərdiniz?

-Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur.Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbihəll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizədiplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinəəməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbulolunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuşərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hərhansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalqtəşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bumünaqişəni dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nəqədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim torpağımızdaoturmağa və bizim insanlarımıza öz evlərinə geri qayıtmağa icazəverməməyə nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyətbeynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə,Azərbaycan bunu özü edəcək. Bu da baş verir. Mən bir dahamünaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçininErmənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indison qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbuledirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz, işğalolunmuş bütün ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəliverəcəksiniz və Azərbaycan ərazisində "Qarabağ Ermənistandır" deyənErmənistanın baş naziri Azərbaycan xalqı qarşısında üzr istəməli vədeməlidir "Qarabağ Ermənistan deyil" və onda biz dayanarıq.

-Prezident Əliyev, son olaraq, Ermənistanın ünvanınadediklərinizdən sonra bizim xəbər kanalı vasitəsilə erməni xalqı vəErmənistandakı bütün rəsmilərə demək istədiyiniz başqa bir şeyvarmı?

-Bilirsiniz, bir neçə gün əvvəl mən Ermənistanın hücumunəticəsində yaralanmış Azərbaycan əsgərlərinə baş çəkdim və onlarlasöhbət edərkən mən erməni xalqına müraciət etdim. Mən başa düşdümki, onlar üçün mənim dediklərim adi bir şey deyil. Bu, bəlkə dəonların eşitmək istədiyi yeganə şey deyildi. Çünki onlar az qalaermənilər tərəfindən öldürülmüşdülər və onların qarşısındaəyləşərkən, onlara və bizim üçün belə qəhrəmanlar yetişdirmişvalideynlərinə minnətdarlığımı ifadə edərkən mən dedim ki,müraciətim həm də erməni xalqınadır. Öz hökumətinizi etdiklərinəgörə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana göndərməyin,öz övladlarınızı işğal olunmuş ərazilərə göndərməyin. Bu günqondarma "Dağlıq Qarabağ ordusu"nun 90 faizi Ermənistanvətəndaşlarından ibarətdir. Bu işğala son qoyun. Azərbaycanərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülholacaq. Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normaləlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asanolmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necədeyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinədeyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim.Əgər onlar atəşkəs istəyirlərsə, mən artıq dedim, bizim qarşımızdaüzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözləryox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu,işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri iləbağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizimmüqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və "QarabağErmənistandır" deməklə azərbaycanlıların hissələrini təhqir etmişErmənistanın baş naziri üzr istəməli və deməlidir ki, "QarabağErmənistan deyil". Mənim sözüm budur.

-Azərbaycan Prezidenti İlham Əliyev, bizə Bakıdanqoşulduğunuza görə təşəkkür edirik.

-Təşəkkür edirəm!

Məqalədə:
Seçilən
24
3
az.trend.az

4Mənbələr