Corciya və Şimali Karolina ştatlarının hakimiyyət orqanları “Helen” qasırğası nəticəsində ölənlərin sayını yeniləyib...
Poliqon Associated Press Agentliyinə istinadən xəbər verir ki, ABŞ-da qurbanların ümumi sayı 200-ü keçib. “Helen” qasırğası 2005-ci ildə ABŞ-ı vuran Katrinadan sonra ən ölümcül qasırğa olub.
“Helen” qasırğası Meksika körfəzində formalaşıb. Sentyabrın 26-da küləyin sürəti 255 km/saat olan qasırğa ABŞ-a çatıb. Ölümlərin yarısı Şimali Karolinada, əsasən də daşqınlar səbəbindən baş verib.
Moody's Analytics fırtınanın zərərini təxminən 34 milyard dollar qiymətləndirir.
Poliqon.info