AZ

Nuri Şahin bu göstəricidə Avropada liderlərdəndi

Bu yay Edin Terziçin ayrılmasından sonra Dortmund ''Borussiya''sında köməkçi məşqçi vəzifəsindən baş məşqçi vəzifəsinə gətirilən Nuri Şahin üçün yeni dönəm çox uğurlu başlayıb.

"Borussiya'' 36 yaşlı mütəxəssisin başçılığı altında keçirdiyi ilk 8 rəsmi oyundan 6 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb. Yeganə məğlubiyyət bundesliqa çərçivəsində səfərdə ''Ştutqart''la oyunda (1:5) qeydə alınıb.

''Arılar'' hələ ki, türkiyəli məşqçi ilə hər oyuna orta hesabla 2,38 xal toplayırlar. Nuri Şahin bu göstərici ilə cari mövsüm Avropada yaşı 40-dan az olan məşqçilər arasında Vensan Kompani ilə birlikdə ilk iki pilləni bölüşdürür. ''Bavariya'' da 38 yaşlı Kompaninin başçılığı altında 8 rəsmi oyundan 6 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb.

Onu da bildirək ki, ''Borussiya''nın ''Seltik''i 7:1 yenməsi ilə Nuri Şahin ÇL-də türkiyəli məşqçilər arasında ən böyükhesablı qələbənin müəllifi oldu.

Əvvəlki rekord Fatih Terimə məxsus idi. 1999-da onun başçılığı altında ''Qalatasaray'' səfərdə ''Herta''nı 4:1 yenmişdi.

ƏLİ

Seçilən
6
football-plus.az

1Mənbələr