AZ

“OpenAI” $6.6 mlrd. maliyyələşdirmədən əlavə $4 mlrd. kredit alıb

“OpenAI” şirkəti Amerika banklarında 4 milyard dollarlıq kredit xətti açaraq, investisiya raundu zamanı topladığı pul vəsaitini 10.5 milyard dollara çatdırıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Ötən gün süni intellekt tərtibatçısı 6.6 milyard dollarlıq maliyyələşdirmə raundu keçirib. “OpenAI”nin özü 150 milyard dollar dəyərində qiymətləndirilib.

Şirkət “JPMorgan Chase”, “Citi”, “Goldman Sachs”, “Morgan Stanley”, “Santander”, “Wells Fargo”, SMBC, UBS və HSBC banklarında kredit xətti açıb. “OpenAI” vurğulayır ki, yığılan nağd pul şirkətin yeni təşəbbüslərinə investisiya etmək üçün istifadə olunacaq.

Seçilən
7
banker.az

1Mənbələr