AZ

"Yaşıl İqtisadiyyat" mövzusunda Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib - VİDEO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə COP 29-a həsr olunan "Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir iqlim dəyişikliyi və davamlı inkişaf sahəsində vacib məsələlərin müzakirə edilməsi və yeni həll yollarının axtarılması məqsədi daşıyırdı.

QHT.az xəbər verir ki, konfransda müxtəlif ölkələrdən tanınmış alimlər, tədqiqatçılar, akademiklər və mütəxəssislər iştirak edib. Tədbirin açılış mərasimində UNEC rektoru Ədalət Muradov və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin nümayəndələri çıxış edərək, "yaşıl iqtisadiyyat" anlayışının qlobal iqtisadi inkişaf üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxışlarda COP 29 çərçivəsində qəbul edilən qərarların həyata keçirilməsində elmin, təhsilin və innovasiyaların roluna diqqət çəkilib.

Konfrans çərçivəsində iştirakçılar iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik, bərpa olunan enerji, "yaşıl" texnologiyalar və innovasiyaların tətbiqi sahəsində müasir yanaşmalar və təcrübələr barədə geniş müzakirələr aparıblar. Təhsil və elmi tədqiqat müəssisələrinin bu prosesdə oynadığı vacib rol xüsusilə vurğulanıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
10
qht.az

1Mənbələr