AZ

Meşəyə necə gedə bilərik..?

Xüsusilə 30-cu illərdə Almaniyada "Meşə uşaqları" dəstəsi yaradılmışdı. Onlar meşələrə çəkilib yaşayırdılar. Hesab edirdilər ki, insanın əsas missiyası ağacların yanına qayıtmaqdır. Onlara elə gəlirdi ki, ağaclar danışır. Əgər onunla çox təmas qursan, mütləq sənə deyəcəyi sözü var.
Əlbəttə, kimsə bu fikrə düşsə, hikmətə inansa, paytaxtdakı ağacları dinləməsin. Şikayət edəcəklər ki, bizə günün günorta çağı su verilir, günortaya qədər dilimiz-dodağımız quruyur. Ya da benzin kerosin iyindən yaxın dura bilməyəcəyik ki, kimsə obyekt tikmək üçün dibini qurudur. Ya da eyvanın altından evdəkiləri siqnalla səsləyib çörək alıb-almamağı soruşur ki, ağacların qulağı çoxdan batıb.
Ağacların nə dediyini dinləməyə gərəkdir ki, meşəyə gedəsiz. Bəlkə doğrudan elə sirr açacaqlar ki, dünyanın formatını dəyişə bilərsən, ya istinad nöqtəsini taparsan. Ağaclar aldatmaz.

Azər Qismət, yazıçı-publisist
Seçilən
5
news365.az

1Mənbələr