AZ

Özü cipdə gəzir, camaata deyir metroya minin...

Azərbaycan müxtəlif xarakterli insanların yaşadığı azsaylı ölkələrdən biridir. 

11 iqlim qurşağı günəşli ölkəmizdə təkcə fərqli dada və rəngə məxsus bostan məhsullarının yetişməsinə töhfə verməyib. Təbiətin rəngarəngliyi həm də insanların xasiyyətinə təsir göstərib. 

Yəqin ki, siz Azərbaycandan başqa dünyanın heç bir ölkəsində gecə-gündüz milli səhiyyənin uğurlarından bəhs edən həkimin arvadını Avropada müalicə elətdirdiyini görməzsiniz. kapital bank vakansiya

Ola bilsin, arvadı çox istəyir, biz buna qarışa bilmərik. Amma başqası da xanımına düşmən kəsilməyib. Sən özün həyat yoldaşını baş həkim olduğun xəstəxanaya etibar etmirsənsə, başqalarını hansı üzlə həmin səhiyyə ocağına çağırırsan? 

İqlim qurşaqlarının rəngarəngliyi sözünü deyir... 

Tanış rektor var, bağçaya gedən uşaqların qabağını kəsib belə deyir: "Gələcəkdə bizim universiteti seçin. Təhsilin səviyyəsinə görə Azərbaycanda bir nömrəyik". 

Bu "təhsil fədaisi" iki oğul atasıdır. Oğlanlarının hər ikisi Avropada oxuyur.

Altı-yeddi il əvvəl "Xəzər" TV-nin sosial məzmunlu verilişlərinin eksperti olanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan bir vəkil məndən qəribə xahiş etdi: "Arvadla küsülüyük. Bizi barışdıra bilərsən?"

Aralarının niyə dəydiyini soruşanda belə cavab verdi: "O gün bərk döymüşəm".

Çox güman ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində vəkil  xanımını döyüb gözlərinin altını qaraltmır. 

Son illər paytaxt sakinləri sonu görünməyən tıxaclardan əməlli-başlı əziyyət çəkirlər. Bakıda yaşamaq məşəqqətə çevrilib. Hərə bir çıxış yolu təklif edir. Problemi həll etməli olan ədəbaz məmur isə belə deyir: "Maşını evdə qoyun, avtobusa, metroya minin". 

Bunu deyən adam 200 minlik cip sürür. Öz maşını ilə işə gedəndə yolda üç sedanın yerini tutur. 

Bu barədə əvvəllər də yazmışam. Bu dəfə o vaxt uşaq və yeniyetmə olanlar üçün yazıram: ANS-də sosial məzmunlu verilişlərin birinə Tovuzdan 30 yaşlı qadın qonaq gəlmişdi. Vəkillərdən boşanmağına köməklik göstərməyi xahiş edirdi. Verilişin yekəpər eksperti gəlindən niyə boşanmaq istədiyini soruşdu. Cavab belə oldu: "Yoldaşım tez-tez evə içkili gəlir. Hər dəfə içəndə məni döyür, ata-anamı söyür". 

Ekspert az qaldı ki, gəlini boğsun: "Sən necə qadınsan? O əclaf sənə ilk dəfə əl qaldıranda boşanmalıydın. Sənin qürurun yoxdur?!" 

İndi olduğu kimi o vaxt da şəxsi avtamobilim yox idi. Verilişdən sonra həmin ekspertin maşını ilə redaksiyaya getməli oldum. 

Yolda ekspertin qızı zəng edib salam-kəlamsız söhbətə başladı: "Bu alçaq canımı boğazıma yığıb. Boşanacağam!" 

Səsucaldanda danışdıqları üçün onların söhbətini eşidirdim: 

- İndi nə olub?

- Yenə məni təhqir etdi. Sənə söydü.

- Yaxşı elədi söydü. Bir də hirslənəndə, de anana da söysün, ürəyi soyusun... 

Bizdən keçib. Bu yazı gənclərə ünvanlanıb. Onlara demək istədiyim budur: hər eşitdiyinizə inanmayın, hər oxuduğunuzu həqiqət bilməyin.

Amma bu yazıda ancaq həqiqətlərdən bəhs olunur... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr