AZ

Okan Buruk: "Ölkəmizdən üzr istəyirik"

Avropa Liqasının Liqa mərhələsinin II turunun RFŞ - “Qalatasaray” matçından (2:2) sonra “cimbom”un baş məşqçisi Okan Burukun mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis Liqa mərhələsinin ilk səfər matçını belə dəyərləndirib: 

“Buradan qələbə ilə ayrılıb yolumuza 6 xalla davam etmək istəyirdik. Görüş də istədiyimiz kimi başladı. Topa sahibolmada aşkar üstünlüyümüz var idi. Ardıcıl 2 top vuraraq hesabda önə keçdik. Lakin matça düzgün müdaxilələr edə bilmədik. İkinci hissədə müdafiədəki səhv nəticəsində qapımızda qol gördük. Bundan sonra oyunun taleyini dəyişmək mümkün olmadı.

Nəticədən məmnun deyiləm. Təbii ki, üzgünəm. Bizdən gözləntilər yüksəkdir. Bu qədər önəmli heyətimiz var və gözləntinin yüksək olması normaldır. Rəqibi daha cidiyə almalıydıq. Azarkeşlərimizdən və ölkəmizdən üzr istəyirik. Bizə yaraşmayan hesab oldu. Çox rahat qələbə qazana biləcəyimiz oyunda xallar itirdik. Rəqibi təbrik edirəm”.

Neymar "Barselona"ya qayıda bilər

Qapıların yerini səhv salan "Jirona"

Mbappe Fransa millisinə çağırılmayacaq

Fransadan "Beşiktaş"a qadağa

La Liqa klubları uğursuzluqla üzləşiblər

Seçilən
99
apasport.az

1Mənbələr