AZ

Ukrayna daha bir neft bazasını vurdu

Rusiyanın Voronej vilayətindəki neft anbarı Ukrayna PUA-larının hücumuna məruz qalıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, hücumdan sonra neft bazasında yanğın başlayıb.

Məlum olub ki, söhbət vilayətin Anna adlı yaşayış məntəqəsi yaxınlığındakı “Annanefteprodukt” MMC-nin neft anbarından gedir.

Vilayətin qubernatoru bir neçə saat əvvəl dron hücumları təhlükəsinin artdığını açıqlamışdı.

Xatırladaq ki, son aylar Rusiya Federasiyasında hərbi infrastruktura, neft emalı zavodlarına və neft anbarlarına PUA hücumlarının artdığı müşahidə olunur.

“AzPolitika.info”

Seçilən
5
1
azpolitika.info

2Mənbələr