AZ

Mbappe Fransa millisinə çağırılmadı


Fransa Futbol Federasiyası oktyabrda Millətlər Liqasının oyunlarında iştirak etmək üçün Fransa millisinə çağırılan futbolçuların siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe sentyabrın sonunda aldığı əzələ zədəsi ilə əıaqədar futbolçular siyahısına daxil edilməyib.
Fransa millisi səfərdə iki oyun keçirəcək. Fransa millisi bu oyunlarda İsrail və Belçika milliləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mövsüm Mbappe bütün turnirlərdə klub səviyyəsində doqquz matçda iştirak edib. O, yeddi qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, hazırda futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Seçilən
5
yeniavaz.com

1Mənbələr