AZ

UEFA: "Köhlən atlar" sanki özlərinin daha yaxşı versiyasına uduzdular"

UEFA-nın rəsmi saytı Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Malmö" matçı ilə bağlı reportajda rəqib komandaların oyununu dəyərləndirib.

İdman.biz xəbər verir ki, reportajda ev sahiblərinin məğlubiyyətinin və qonaqların uğurunun səbəbləri göstərilib.

Bildirilib ki, ağdamlılarda sürət və qeyri-standart həll yolları çatmırdı: “Qonaqlar müdafiədə kifayət qədər sadə, eyni zamanda çox savadlı, ən əsası isə etibarlı hərəkət etməklə öz məqsədlərinə nail oldular. Futbolçularının praktiki olaraq asmalardan istifadə etmədiyi “Malmö”nun oyun tərzini nəzərə alsaq, “Köhlən atlar” bu gün sanki özlərinin daha yaxşı versiyasına uduzdular. Meydan sahiblərdən çox təlaş, az effektivlik; İsveç nümayəndələrinin soyuqqanlılığı və dəqiq icrası. Layiq olduqları üç xal”.

Qeyd edək ki, qarşılaşma isveçlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr