AZ

Qərbi Azərbaycan İcması bir qrup ABŞ konqresmeninin Azərbaycanla bağlı qərəzli mövqeyinə etiraz edib

Bakı. Trend:

Qərbi Azərbaycan İcması bir qrup ABŞ konqresmeninin Azərbaycanlabağlı qərəzli mövqeyinə dair bəyanat verib.

QAİ-dən Trend-əverilən məlumata görə, bəyanatda qeyd olunur:

“Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni 2024-cü iloktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə məktubyazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə etmişdir.Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) evsahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə vəregionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin,o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanlarınazadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərinirəlilədilməsinə çalışırlar. Bu açıq-aşkar şantajdır.

Əvvəla, qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsionun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. İkincisi,Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərarkonvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır.Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimiistifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya vəiqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib.

Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşınifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik vədini əsasda ayrı-seçkiliklərini, o cümlədən, bir milyondan artıqazərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycanərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərinErmənistan tərəfindən viran qoyulmasına və minalanmasınabiganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubuvə məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasınaşübhə yeri qoymur.

Biz Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı şantaj vəirqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişəyaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuşazərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələbedirik”.

Seçilən
13
18
az.trend.az

10Mənbələr