AZ

Prezidentin Cəbrayıla səfəri ümumi strateji xəttin tərkib hissəsidir- ÖZƏL

"Cəbrayıl şəhər günü ərəfəsində cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri həm rəmzi məna daşıyır, həm də dövlət başçımızın müəyyənləşdirdiyi ümumi strateji xəttin həyata keçirilməsində vacib addımdır". "Olaylar " xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib: "Ona görə rəmzi məna daşıyır ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımız daim şəhər, rayon və kəndlərimizin işğal günlərini acıyaraq xatırlayıb, dədə-baba torpaqlarına nə vaxt qayıdacaqlarını düşünüblər. Bu milli istəyi yerinə yetirən  Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq millətimizin həyatına bayram ovqatlı  şəhər günlərini gətirib. Hər dəfə də şəhər günləri ərəfəsində həmin rayonlara səfər edir. 
      Ona görə ümumi strateji xəttin tərkib hissəsidir ki,  dövlət başçımız işğaldan azad edilmiş ərazilərin ən müasir şəkildə - "ağıllı kənd", "ağıllı şəhər" kimi qurulmasını, qeyri-neft sektorunun inkişafını irəli sürüb və bu iş planlı olaraq  davam etdirilir.  Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin,  yeni su elektrik stansiyasının açılışı, yeni yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin məqsədin yerinə yetirilməsinə yönəlib. Bu, eyni zamanda turizmin inkişafına imkanların açılması, yeni iş yerlərinin yaradılması və insanların rifahı deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr