AZ

Azərbaycanda təhsil haqda müzakirələr məişət səviyyəsindən, elmi səviyyəyə qaldırılmalıdır -Emin Əmrullayev

Bakı. Trend:

Azərbaycanda təhsil haqda müzakirələrin məişət səviyyəsindən,elmi səviyyəyə qaldırılmasına ehtiyac var.

Trend xəbərverir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev TəhsildəYeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, təhsili məişət səviyyəsində saxlasaq, irəli gedəbilməyəcəyik.

“Təhsildə yeni çağırışların nə olduğunu müəyyənləşdirməliyik.Dünyanın hər yerində təhsildə oxşar problemlər mövcuddur. Bu ümumiproblemlər müzakirə ediləndə fərqli yanaşmalar həll yolları üçünfaydalıdır.

Hər bir xalqın təhsilində özünəməxsus problem var. Bizim üçün dəəsas olan olduğumuz yerin qlobal çağırışlarla uyğunlaşmasıdır.Təhsil fəlsəfəmiz nədən ibarətdir? Bu sual haqqında düşünməliyik.Azərbaycan təhsilinin məzmunu illərdir dəyişmir. Ali təhsilə baxışhələ də seçimə əsaslanır. Hər il məktəbi uğurla başa vurub,universitetə qəbul olanları alqışlayırıq, amma ali təhsil almayanıgörmürük. Hər kəs ali təhsil almaya bilər. Azərbaycanda imtahanfəlsəfəsinin müzakirəsi aparılmalıdır”,- deyə nazir bildirib.

Seçilən
5
1
az.trend.az

2Mənbələr