AZ

“Qarabağ” ilk iki oyunda necə yadda qalıb?

Avropa Liqasının Liqa mərhələsinin ilk iki turundan sonra 36 iştirakçı komandanın müxtəlif göstəricilərdəki mövqeyi bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” I turdan sonra olduğu kimi yeni iki göstəricidə fərqlənib.

Qurban Qurbanovun yetirmələrinin fərqi korner və ofsaydlardır. Azərbaycan çempionu “Tottenhem” və “Malmö” ilə matçlarda ümumilikdə 16 künc zərbəsi yerinə yetirib. Bu, Avropa Liqasında şərikli 3-cü nəticədir.

“Qalatasaray” da “Qarabağ” kimi 16 korner vurub. 1-ci yerdə “Mançester Yunayted”dir – 20 dəfə. “Beşiktaş” 17 künc zərbəsi ilə ikincidir.

“Qarabağ” ən çox ofsayda düşənlər sırasında da öndədir. Təmsilçimiz “Roma” və “Alkmaar” kimi 8 dəfə oyundan kənar qalıb. Bu, turnirdə ikinci göstəricidir. “Olimpiakos” hamıdan çox – 12 dəfə belə durumla üzləşib.

Qeyd edək ki, “Qarabağ” “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr