AZ

İsrail Həsən Nəsrullahın varisini öldürüb?

İsrail ordusu ötən axşam Beyrutun cənubuna silsilə zərbələr endirib.

Missiya.Az “Axios”a istinadən xəbər verir ki, hücumun hədəfi “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.

Bildirilir ki, Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.

Məlumata görə, Nəsrullahın varisi “Hizbullah”ın ən yüksək siyasi qərar qəbuledici orqanı olan icra şurasına rəhbərlik edir və ötən həftə İsrailin hava hücumları nəticəsində öldürülən Həsən Nəsrullahın ölümündən əvvəl təşkilatın siyasi qanadında ikinci şəxs sayılırdı.

Qeyd edək ki, onun Nəsrullahın yerinə təyin olunduğu barədə KİV-də məlumatlar paylaşılmışdı.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr