AZ

Dövlət Duması: "Rusiyaya uşaqsızlığa görə vergi lazımdır"

"Rusiya övladı olmayan vətəndaşlar üçün vergi tətbiq etməlidir".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev deyib.

Millət vəkili Sovet dövründə ata olmadan əvvəl özünün uşaqsızlığa görə vergi ödədiyini xatırladıb və bununla bağlı heç bir mənfi emosiya yaşamadığını qeyd edib.

Qurulev hesab edir ki, hazırda vergi vasitəsilə toplanan vəsait kimsəsiz və uşaq evlərinə dəstək üçün istifadə oluna bilər. 

Qeyd edək ki, Rusiyada uşaqsızlıq ideologiyasını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

Gülşən Şərif

Seçilən
6
bakivaxti.az

1Mənbələr