AZ

Pezeşkiandan İsrailə XƏBƏRDARLIQ

Ölkə.Az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Qətərdə HƏMAS qrupunun yüksək səviyyəli nümayəndə heyəti ilə görüşündə deyib.

O əlavə edib ki, İsrailin cinayətləri davam etdirməsi, İran Silahlı Qüvvələrini qətiyyətlə cavab verməyə məcbur edib.

O, həmçinin ABŞ və Qərbi İsrailin Qəzza və Livandakı hərəkətlərinə münasibətinə görə tənqid edib.

Yaxın Şərqdə baş verən proseslərdə bölgə ölkələrini tənqid edən Pezeşkian deyib ki, bütün bunlar müsəlman dövlətləri arasında birliyin olmamasının nəticəsidir. 

Pezeşkian bölgədəki böhranın aradan qaldırılması üçün müsəlman ölkələri arasında birliyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Mürtəza
Ölkə.Az

Seçilən
4
olke.az

1Mənbələr