AZ

Bakı metrosunda qatar yoluna düşən şəxslə bağlı dəhşətli təfərrüat 

Ötən gün saat 19:00 radələrində metronun "Ulduz" stansiyasında qatar yoluna düşən sərnişinin son vəziyyəti açıqlanıb.

Referans.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən (KTM) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, mərkəzə hospitalizasiya edilən sərnişinin hər iki ayağı amputasiya olunub.

Hazırda onun vəziyyəti ağır stabildir.

-------
10:38

Dünən "Ulduz" metrostansiyasında kişinin qatarın altına düşməsi ilə bağlı təfərrüatlar məlum olub.

Referans.az lent.az-a istinadən bildirir ki, bu hadisənin də məqsədli şəkildə törədildiyi üzə çıxıb. Belə ki, adı açıqlanmayan 25-30 yaşlarında kişi ölmək üçün bu addımı atıb.

Onun hansı səbəblə bu addımı atması isə bəlli deyil. Xəsarətlər alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, ötən gün - oktyabrın 3-də metronun "28 May" stansiyasında 55 yaşlı Rövşən Abşıov özünü qatarın altına ataraq, həyatına son qoyub.


phrase_var_article.chosen
96
11
referans.az

10phrase_var_article.sources