AZ

Uşaqsızlığa görə vergi tətbiq edilsin: Rusiyada yeni qanun qüvvəyə minə bilər

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev uşaqsızlığa görə SSRİ-də mövcud olan kimi verginin tətbiqini təklif edib.

Editor.az bildirir ki, bu barədə o, “Tsarqrad” telekanalının efirində bildirib. “Təklif etmirəm, mən belə olmasını istərdim. Necə olduğunu yaxşı xatırlayıram.

Amma başa düşürəm ki, vergi tətbiq etsəniz, uşaq sahibi olmaq istəməyənlərin pulunu bu gün valideynsiz qalan uşaqlara (uşaq evlərinin inkişafı üçün – redaktorun qeydi) xərcləmək tamamilə mümkündür”, – deputat izah edib. Qurulev belə bir fikrə görə “döyüləcəyini”, lakin haqlı olduğunu etiraf edib.

Xatırladaq ki, Rusiyada uşaqsız ideologiyanın təbliğini qadağan edən qanun layihəsi müzakirə olunur. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin izah edib ki, qanun qadının uşaq sahibi olmaqdan imtina etmək qərarına aid deyil.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr