AZ

İsrailin Livandakı itkiləri artdı


İsrail ordusu Livan ərazisindəki döyüşlərdə həlak olan daha bir hərbçinin adını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hava-desant briqadasında xidmət edən 21 yaşlı kapitan Ben-Sion Falah oktyabrın 2-də Livanın cənubundakı döyüşlər zamanı həlak olub.
Bununla da Livanda quru əməliyyatı başlayandan bəri orada öldürülən İsrail hərbçilərinin sayı 9-a çatıb.
Qeyd edək ki, bir gün əvvəl ordu əməliyyat başlayandan bəri ilk itkiləri barədə məlumat yayıb. Məlumata görə, oktyabrın 2-də səkkiz hərbçi ölüb və yeddi hərbçi yaralanıb.
Xatırladaq ki, sentyabrın 3-də İsrail Müdafiə Qüvvələri “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan hərəkatının hərbi obyektlərinə kütləvi hava zərbələri endirib.
Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb. Hərəkatı onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəyə davam edəcəyinə söz verib.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunda sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatına başladığını elan edib.
phrase_var_article.chosen
82
yeniavaz.com

1phrase_var_article.sources