AZ

İran-İsrail savaşı baş versə, tərəflərin müttəfqiləri hansı ölkələr oalcaq? - Siyahıda Türkiyədə var

Yaxın Şərqdə başlayan qarşıdurmalar İsrailin Livan və Suriyaya hücumları ilə yeni bir mərhələyə keçib. Bu hadisələrə daha bir yenisinin əlavə olunması - İranın bu günlərdə İsrailə atdığı raketlər bölgədəki gərginliyin regional müharibəyə çevrilə biləcəyi ilə bağlı qorxuları artırıb.

"AzPolitika" xəbər verir ki, Böyük Britaniyanın “The Mirror” nəşri son münaqişələrdən bəhs edən məqaləsində regiondakı müharibənin gələcək talyinə dair proqnozlar verib.

Məqalədə münaqişənin genişlənərək qlobal müharibəyə çevriləcəyi təqdirdə hansı dövlətlərin İsrailə, hansı ölkələrin İrana dəstək verəcəyinə dair siyahı yer alıb. Mümkün müharibə baş verəcəyi təqdirdə Türkiyənin İran, Çin, Rusiya ilə eyni cəbhədə İsrail və onun Qərb müttəfiqlərinə qarşı ola biləcəyi qeyd olunub. Xəbərdə İsrailin ABŞ və Britaniya başda olmaqla Qərb müttəfiqlərindən dəstək aldığı vurğulanıb.

"İsrail ABŞ-dən başqa güclü müttəfiqlər qazanıb. Həmçinin Böyük Britaniya və Avropa Birliyinin də İsraili dəstəkləyəcəyi proqnozlaşdırılır. İran İsrailin ABŞ, Aİ və Böyük Britaniya ilə müttəfiqliyinə cavab olaraq Rusiya, Çin və Türkiyə ilə müttəfiqlik qurmağı bacarıb. Xüsusəndə Rusiya və İran Qərbdən gələn sanksiyalara qarşı strateji əlaqələr qurub. Eyni şəkildə Çin artan istehsal gücünə cavab olaraq enerji ehtiyacını İran vasitəsilə qarşılamağa çalışır və elə buna görə də Tehranla müxtəlif müqavilələr imzalayıb",-deyə məqalədə qeyd olunub.

"The Mirror" qəzet Rusiyadan "S-400" sistemləri alması səbəbindən Türkiyənin F-35 proqramından çıxarılması və NATO-dan çıxarılmasına dair çağırışları xatırladıb və bu vəziyyəti Türkiyənin fərqli cəbhəyə keçidinin başlanğıcı kimi qiymətləndirib.

"AzPolitika.info"

Seçilən
12
azpolitika.info

1Mənbələr