AZ

İsrail Livan-Suriya sərhədinə zərbələr endirib

İsrail

İsrail Livan-Suriya sərhədindəki Əl-Məsnə sərhəd keçid məntəqəsinə hava hücumu təşkil edib.

Reyting.az
xəbər verir ki, yerli media sərhəd keçid məntəqəsinin hücuma məruz qaldığını təsdiqləyib.

Hücumda Livanın paytaxtı Beyrut ilə Suriyanın paytaxtı Dəməşq arasındakı yolunkəsildiyi bildirilsə də, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Ehtimal olunur ki, İsrail məhz bu məntəqədən İran mallarının Livana daxil olduğunu düşünür və bu səbəbdən də sözügedən sərhəd buraxılış məntəqəsinin işini pozur.

ELÇİN
Seçilən
8
reyting.az

1Mənbələr