AZ

“AES-lə bağlı referenduma hazırlıq kampaniyası 400 gün davam edib” – Erlan Karin

Yazını böyüt
Yazını kiçilt

Bu gün Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı düz 400 gün davam edən referendumun məlumat və izahat kampaniyası başa çatır.

Hafta.az-ın yazdığına görə, bu barədə dövlət müşaviri Erlan Karin Telegram kanalında məlumat verib.

“Bu, müasir Qazaxıstanın siyasi tarixində bəlkə də ən uzun kampaniyadır. Niyə 400 gün? Çünki dövlət başçısı referendumun keçirilməsi ideyasını ilk dəfə ötən il - 2023-cü il sentyabrın 1-də növbəti müraciətində dilə gətirib. Həmin gün əslində böyük referendum kampaniyasının başlanğıcı oldu”, - deyə Erlan Karin izah edib.

Bu müddət ərzində hər bir rayonda ictimai dinləmələr keçirilib, informasiya məkanında ekspertlərlə ictimai fəallar arasında məzmunlu müzakirələr aparılıb.

“Ümumiyyətlə, indiki kampaniya sakit və konstruktiv şəraitdə keçdi. Kampaniya zamanı ölkənin ictimai qüvvələri ilk dəfə olaraq siyasi deyil, iqtisadi səbəblərə görə birləşdi. Əmanət partiyasının təşəbbüsü ilə 6 siyasi partiya və 20-dən çox ictimai birlik “Atom Elektrik Stansiyalarının Tikintisi Uğrunda” Xalq Qərargahı yaratdı. Qərargah üzvləri bütün rayonların sakinləri ilə görüşlər keçirib, görüşlərdə energetika sahəsinin aparıcı ekspert və mütəxəssislərinin də iştirak etdiklərini dövlət müşaviri qeyd edib”, - o deyib.

Müşavir qeyd edib ki, məhz bunun nəticəsində vətəndaşlar Qazaxıstanda nüvə energetika sənayesinin inkişaf perspektivləri haqqında öz məlumatlı fikirlərini formalaşdırmaq imkanı əldə ediblər.

Yada salaq ki, 2024-cü il sentyabrın 2-də prezident Kasım-Jomart Tokayev AES-in tikintisi ilə bağlı referendumun tarixini 2024-cü il oktyabrın 6-na təyin edib və onun keçirilməsi haqqında fərman imzalayıb. Bundan sonra Mərkəzi Seçki Komissiyasında AES-in tikintisi üzrə respublika referendumu ilə bağlı mətbuat konfransı keçirilib. Konfrans zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri AES-lə bağlı referendumun necə keçiriləcəyini izah ediblər.

Seçilən
1
hafta.az

1Mənbələr