AZ

İrəvanda MDB Baş Prokurorlarının Koordinasiya Şurasının iclası keçirilir - Azərbaycan iştirak etmir

İrəvanda son 17 ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş Prokurorlarının Koordinasiya Şurasının iclası keçirilir.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan iclasın açılışında bildirib.

İclasda Koordinasiya Şurasında təmsil olunan MDB-yə üzv dövlətlərin: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın prokurorluq orqanlarının nümayəndə heyətləri, həmçinin MDB KSGP Katibliyinin nümayəndə heyəti iştirak edir.

Gündəliyə 10 məsələ daxildir. İclas iştirakçıları MDB-yə üzv dövlətlərin baş prokurorluqlarının təcrübəsini, cinayət vəziyyətini, istintaq işi, prokurorluq fəaliyyəti ilə bağlı məsələləri və MDB ölkələrində cinayətkarlıqla mübarizə sahəsində hüquqi əməkdaşlığa dair beynəlxalq müqavilələrin icrası təcrübəsini müzakirə edəcəklər.

İclasda Azərbaaycan prokurorluq orqanları təmsil olunmur.

Seçilən
8
herbiand.az

1Mənbələr