AZ

Husilər Britaniyanın neft tankerini vurub


7NEWS.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Britaniyanın Cordelia Moon neft tankerini vurub. Husilər Hudeyda şəhərindən təxminən 64 dəniz mili şimal-qərbdə Qırmızı dənizdə bomba yüklü qayıqla Britaniyanın Cordelia Moon neft tankerinə hücum edib. Husilər hücumun görüntülərini yayıblar. Görüntülərdə gəmidəki təhlükəsizlik işçilərinin bomba yüklü qayığa atəş açdığı, lakin hücumun qarşısını ala bilmədiyi görünür. Gəmiyə dəyən zərərin miqyası hələ məlum olmasa da, can və mal itkisi ilə bağlı açıqlama verilməyib.
Seçilən
28
7news.az

1Mənbələr