AZ

İranda 5 ildən sonra bir ilk

İsrailin hücumları zamanı Beyrutda olan Hizbullah lideri Nəsrullahın öldürülməsindən sonra gərginlik pik həddə çatıb. İran çərşənbə axşamı İsrailə yüzlərlə raketlə hücum edib. Bölgədə gərginliyin artdığı bir vaxtda İranın dini lideri Xamneyinin bu gün cümə namazını qılacağı və 5 ildən sonra ilk dəfə xütbəsini deyəcəyi gözlənilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei demək olar ki, beş ildən sonra ilk dəfə cümə namazından sonra xütbə oxuyacaq.

Xamneyinin bu çıxışı 2023-cü il oktyabrın 7-də başlayan İsrail-Həmas qarşıdurmasının ildönümünə üç gün qalmış olacaq. İranda ən yüksək səlahiyyətə malik olan dini lider rəsmi internet saytında qeyd olunduğu kimi, Tehranın mərkəzindəki məsciddə imamlıq edəcək. Xamneyinin çıxışı sentyabrın 30-da İsrailin hava zərbələri nəticəsində öldürülən Hizbullah lideri Həsən Nəsrullah üçün keçiriləcək anma mərasimindən sonra olacaq. Digər tərəfdən, dünən "Reuters"ə danışan mənbələr Xamneyinin İsrail hücumlarında öldürülməzdən əvvəl Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq etdiyini bildirib.

Seçilən
2
sia.az

1Mənbələr