Heç bir səfərbərlik tədbiri və ya Silahlı Qüvvələrin yeni əsgərlərinin cəbhə xəttinə göndərilməsi Rusiyanın hava hücumları səbəbindən Ukraynanı xilas etməyəcək. Bu barədə alman jurnalist Yulian Repke X sosial şəbəkəsindəki səhifəsində yazıb.
O vurğulayıb ki, əgər Rusiyanın aktiv hava hücumları ilə mövqelər və əsgərlər bir-bir məhv edilərsə, heç bir səfərbərlik bu ölkəni xilas etməyəcək. Jurnalist Rusiya Silahlı Qüvvələrinin Ukrayna hava məkanında hava zərbələri endirmək imkanlarına görə təmas xəttinə yeni əsgərlərin göndərilməsini əbəs hesab edib.
“Ona görə də Qərb ya Ukraynanı dəstəkləmək məsələsində öz davranışını kökündən dəyişməli, ya da ağ bayraq qaldırmalıdır”, - Repke yazıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural