AZ

BMT Quterreşlə bağlı bütün üzvlərinə xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvlərini Antonio Quterreşin mandatına xələl gətirəcək hərəkətlərdən çəkinməyə çağırıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Baerisviyl BMT Təhlükəsizlik Şurasının adından bəyanatla çıxış edib.

Baerisviyl bəyanatda İsrailin adını çəkməsə də, bu qərar BMT-nin baş katibi Antonio Quterreşi \"persona non qrata” elan etməsindən sonra verilib.

Qeyd edək ki, bir neçə gün öncə İsrail BMT-nin baş katibi Antonio Quterreşin \"persona non qrata” elan edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
 
Buna səbəb olaraq Quterreşin İranın raket hücumundan sonra verdiyi açıqlamada hər iki ölkəni atəşkəsə çağırması olub.
 
Mikayıl
Seçilən
4
azxeber.com

1Mənbələr