AZ

Fazil Mustafa: "Qarabağda insanların daha əlverişli həyat şərtlərinin təmin olunması üçün evlərin yaxın məsafədə yerləşməsi planlaşdırılır"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa işğaldan azad olunmuş ərazilərin sakinlərinə verilən torpaq sahələrinin əvvəlki ilə müqayisədə az olması, evlərin iç-içə tikilməsi barədə narazılıqlara münasibət bildirib.

 

Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Qarabağla bağlı nəzərdə tutulan infrastruktur layihəsində insanların kompakt yaşaması, daha əlverişli həyat şərtlərinin təmin olunması üçün evlərin yaxın məsafədə, bir yerdə yerləşməsi planlaşdırılır: “Bu da anlaşılandır, çünki su, qaz, işıq, mədəni, sosial mühitin yaradılması və digər məsələlər var. Sakinlər bundan məhrum olmamalı, yüksək səviyyədə təmin edilməlidirlər. Ətraf ərazilərdə insanların kənd təsərrüfatı ilə məşğul ola bilmələri üçün də imkanlar yaradılmalıdır. Çox güman ki, bu da nəzərdə tutulub. Ola bilsin, minadan təmizlənmiş ərazilərin tam yekunlaşmasını gözləyirlər. Qarabağda məşğuliyyətsiz insan anlayışı olmamalıdır. Hər bir insan bu və digər formada həyətyanı təsərrüfat, kənd təsərrüfatı və ya başqa məşğulluq növünü öz istəyi üzrə seçməlidir. Həm də sakinlər dövlətin üzərində yük olmadan, öz həyatlarını təmin edərək yaşamalıdırlar. Əsas məsələ budur və məncə, belə də olacaq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 Oktyabr 2024, 12:50   
Seçilən
15
pravda.az

1Mənbələr