AZ

Ən xəyanətkar beş bürc -

Bəzi insanlar sevgi münasibətlərində şanslı olsa da, axtardığı sevgini tapa bilməyənlərin də sayı çoxdur. Astroloqlar bildirirlər ki, bəzi bürclər həqiqətən aşiq olmadıqları təqdirdə sadiq qalmaya bilərlər. Metbuat.az xarici KİV-ə istinadən ən xəyanətkar 5 bürcü təqdim edir:Əkizlər bürcü flört etməyi sevən şəxsiyyətə malikdir. Danışmağı, nələrisə izah etməyi və fikir mübadiləsi aparmağı xoşlayırlar. Bir münasibətdə çox gözləntiləri yoxdur, bu səbəbdən diqqəti tez bir zamanda başqa bir şəxsə yönələ bilər.Balıqlar bürcü demək olar ki, aşiq olmağa aşiqdir. Romantik və həssasdırlar, heç vaxt özlərini sevgiyə bağlamaqdan çəkinmirlər. Yeni birinə tez bir zamanda aşiq olmağa meyillidirlər.Qoç bürcü sosiallaşmağa böyük əhəmiyyət verir. Xarici dünyaya açıq və ünsiyyətcil olduqları üçün asanlıqla münasibətlər qura bilirlər. Aşiq olanda sevdiklərinə dəyər versələr də, qısa müddətdə diqqətləri başqa yerdə ola bilər. Onlar macəra yaşamağı və münasibətləri risk altında qoymağı sevirlər.Tərəzi bürcü flört etməyi sevir, özlərinə göstərilən maraqdan zövq alır. Onlar xoşlarına gələn hər kəsin arxasınca getməyə meyillidirlər. Çox nadir hallarda kimisə rədd edirlər.

Əqrəb bürcü çox ehtiraslıdır. Bu ehtiras bəzən onları problemlərə sala bilər. Gizli və sirli şeylərə qarşı qarşısıalınmaz bir maraqları var. Bu səbəbdən Əqrəblər sakitcə və dərin şəkildə aldadırlar.

Seçilən
66
34
metbuat.az

10Mənbələr