AZ

Dr.Raziyyə Tapdıqova canlı yayımda çıxış edəcək

Dr.Raziyyə Tapdıqova “Mioma nə vaxt əməliyyat olunmalıdır?” mövzusunda canlı yayımda çıxış edəcək. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Raziyyə Tapdıqova 10 oktyabr 2024-cü il tarixində saat 15.00-da “Mioma nə vaxt əməliyyat olunmalıdır?” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. (https://www.facebook.com/customshospital/)

Dr.Raziyyə Tapdıqova 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2016-2020-ci illərdə Türkiyənin Türkiyənin Mersin Universitetində Tibb Fakültəsi Qadın xəstəlikləri və Doğum kafedrasında diplomsonrası təhsil almışdır.

Dr.Raziyyə Tapdıqova 2020-2021-ci illərdə Türkiyənin Malatya Özel Xəstəxanasında qadın xəstəlikləri və doğum uzmanı kimi çalışmış, 2021-2024-cü illərdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dövlət və özəl tibb müəssisələrində şöbə müdiri və mama-ginekoloq kimi çalışıb.

Seçilən
6
sia.az

1Mənbələr