AZ

Kreml: Kiyev Kursk AES-ə hücum edərək odla oynayır

Kiyev odla oynamağa davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Ukraynanın Kursk AES-ə oktyabrın 3-də PUA ilə hücum cəhdini şərh edən Kreml sözçüsü Kiyevin məlum hərəkətləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlandırıldığını söyləyib.

"Kiyev Kursk AES-in təhlükəsizliyini təhdid edərək “odla oynamaqda” davam edir, Moskva bunu AEBA-nın diqqətinə çatdırır", - deyə Peskov vurğulayıb.

Seçilən
22
5
apa.az

6Mənbələr