AZ

"Evdə antibiotik iynələrin vurulması, sistem köçürülməsi qadağan edilməlidir" - Professordan XƏBƏRDARLIQ

Ötən günlərdə yüksək hərarət, halsızlıqda xəstəxanaya çatdırılan vətəndaş dərman şokundan dünyasını dəyişib. Bu məlumat hər kəsi narahat edir. Hansı dərmanlar səhhətimizdə  ölümcül əks təsir yaradır? Belə hallar nə zaman və hansı səbəbdən baş verir? 

Bu sualla bağlı Sitat.info -ya danışan həkim, tibb  elmləri doktoru Adil Qeybulla bildirdi ki, əgər xəstə anafilaktik şokdan dünyasını dəyişibsə, bu istənilən dərman maddəsindən baş verə bilər: “Dərman sensibilizasiyası, həssaslığı yüksək olan orqanizmlərdə  anafilaktik şok yarada bilər, həmçinin dərman maddələri bu cür güclü allergik reaksiyalara səbəb ola bilər..Bu cür hallar daha çox antibiotiklərə qarşı baş verir. Orqanizmə daxil olan zülallara qarşı da şok reaksiyası ola bilər”.

A.Qeybulla vurğulayıb ki, istənilən halda xəstə əvvəlcədən yoxlanılıb, alergik reaksiyasının olub-olmamasıyla bağlı xəbərdar olmalıdır: "Fon da yaradıla bilər, ancaq təəssüflər olsun ki, bəzən həkim antiallergik fon yaratsa belə,  həkimin iradəsindən asılı olmayaraq belə fəsadlar ortaya çıxa bilir. Çox təəssüf ki,dünyanın hər yerində bu cür hallar baş verir. Anafilaktik reaksiyalar vaksinasiyaya qarşı da baş verə bilir.  Bu, bədənə yad cisim, yad element daxil olanda ona qarşı baş verən güclü allergik reaksiyadır. Bu zaman arterial təzyiqin kəskin düşməsi hətta ürək dayanmasına, tənəffüsün dayanmasına və.s. hallara səbəb  olur. Bu vaxt xəstəni xilas etmək çox çətin olur. Anafilaktik reaksiyalar xəstəxanada baş verərsə, əl altında olan bir çox şeylə müdaxilə etmək olar. Amma kənarda, evdə bu xəstələri həyata qaytarmaq mümkünsüz olur. Ona görə də həkimlər də diqqətli olmalıdırlar”.

Professorun fikrincə evdə xəstələrə antibiotiklərin, müxtəlif mürəkkəb sistemlərin köçürülməsi qadağan olunmalıdır: “Çox təəssüflər olsun ki, indiyə qədər bizim insanlar venadaxili infuziyaları, inyeksiyaları ev şəraitində eləməyə üstünlük verirlər”.

Aytac Baxış,

Sitat.info

Seçilən
8
1
sitat.info

2Mənbələr