AZ

"Dinamo Minsk"in futbolçusu: "Sumqayıtda ən çox bu xoşuma gəldi"

Konfrans Liqasının Liqa mərhələsinin I turunda “Dinamo” (Minsk, Belarus) “Harts”a (Şotlandiya) 1:2 hesabı ilə məğlub olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra belarusluların hücumçusu Stiven Alfred apasport.az saytına müsahibə verib.

- Oyunda hesabı siz açsaz da, nəticədə məğlub olduz. Çıxışınızı necə dəyərləndirərsən?

- Yaxşı oyun oldu. Görüşə yüksək hisslərlə başlamışdıq. İlk hissədə fərqlənməyi bacardım. Lakin nəticədə dəyərli 3 xal itirdik. Bugünkü görüşü unudub, irəliyə pozitiv baxmalıyıq. Növbəti oyunlarda daha yaxşı çıxış etməliyik.

- “Dinamo”nun pley-off mərhələsinə yüksəlmək şanslarını necə görürsən?

- Bu, Liqa mərhələsində keçirdiyimiz ilk oyun idi. Qarşıda 5 matçımız var. Pley-off şanslarımız hələ də yüksəkdir. Hər görüşdə meydanda sona qədər mübarizə aparmalıyıq. Etdiyimiz səhvlərdən nəticə çıxarıb daha güclü olmalıyıq. Bundan sonrakı bütün qarşılaşmalara qələbə üçün çıxıb xallar toplamalıyıq. 

- Azərbaycana daha öncə gəlmişdin? Bakı və Sumqayıt haqqında nə deyə bilərsən?

- Bu, mənim Azərbaycana ilk gəlişimdir. Ölkəni çox bəyəndim. Həm Bakı, həm də Sumqayıt gözəl şəhərlərdir. Amma ən çox buranın havası xoşuma gəldi. Bakını gəzməyə az vaxtımız olsa da, gözəl səfər keçdi.

- Azərbaycan futbolu haqqında nə dərəcə məlumatlısan? 

- “Qarabağ” və “Sabah”ı tanıyıram. “Qarabağ” güclü, adından söz etdirməyi bacaran klubdur. “Sabah” isə öz müdafiəsi ilə seçilir. Hər iki klub haqqında kifayət qədər məlumatım var. “Qarabağ”ın avrokubok matçlarını izləmişəm. Yüksək səviyyəli klubdur.

İsmayıl Xeyrullayev

Millimizin hazırlıq planı bəlli oldu

Fernandu Santuş: "Kimisə bağışlayacaq adam deyiləm"

Millimizin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb

U-15 millimiz sonuncu matçına çıxacaq

"Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək

Seçilən
6
apasport.az

1Mənbələr