AZ

Zeyno ilə Elçin Cəfərovun “Günah”ı – Video

Müğənni Zeyno yeni klipini sevənlərinə təqdim edib.

Dərgi.az  xəbər verir ki, ifaçı sözləri Vüsal Qurbanova, musiqisi Ülvi Qurbanova məxsus “Günah” adlı mahnıya ekran həyatı verib. Zeyno ilə birlikdə bəstəni müğənni Elçin Cəfərov səsləndirib.

“ “Günah”la sənətimə yeni nəfəs verdim. Çox ürəyimcə bir iş ərsəyə gəldi. Müğənni Elçin Cəfərovla ilk iş birliyimiz idi. Mən vokal müəllimimdir, həm də bəstəni mənimlə birlikdə səsləndirdi. İnanıram ki, dinləyicilər yeni işimi sevəcək”-, deyə ifaçı bildirib.

 

“Günah”ın aranjimanı Ülvi Qurbanova məxsusdur. Ekran işinin rejissorluğunu Royal Səfərov ERESMOON edib.

Seçilən
16
1
dergi.az

2Mənbələr