AZ

Kriştiano Ronaldonun klubu İrana uçmaqdan imtina edir

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə "Əl-Nəsr" klubu AFC Çempionlar Liqasında İran təmsilçisi “İstiqlal”la oyuna uçmaq istəmir.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, Səudiyyə klubunun rəhbərliyi Yaxın Şərqdəki vəziyyətlə əlaqədar komandanın təhlükəsizliyindən ehtiyat edir.

"İstiqlal" və "Əl-Nəsr" arasında döyüş oktyabrın 22-də Tehranda baş tutacaq.

Asiya Çempionlar Liqasının qrup mərhələsinin iki turunun nəticələrinə əsasən, Səudiyyə Ərəbistanı yığması dörd xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Forvardın əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr