AZ

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Azərbaycan və Türkiyənin Ədliyyə nazirlikləri arasında probasiyavə penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlarüçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dairAnlaşma Memorandumu imzalanıb.

Trend xəbərverir ki, sənədi Azərbaycanın ədliyyə naziri Fərid ƏhmədovlaTürkiyənin ədliyyə naziri Yılmaz Tunç Bakıda keçirdikləri görüşzamanı imzalayıblar.

F.Əhmədov görüşdə iki qardaş ölkə arasında münasibətlərin xüsusiönəm daşıdığını və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyiniqeyd edib. O vurğulayıb ki, hüquqi sahədə də əməkdaşlığımız daimgenişlənir və inkişaf edir. Bu ilin may ayında iki ölkənin ədliyyənazirlikləri arasında imzalanmış birgə bəyanatın icrasıistiqamətində görülən işlərə toxunan nazir bildirib ki, artıqprobasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibbxidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir vəbu istiqamətlərdə konkret nəticələr əldə edilib.

Y.Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikasıarasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iləiki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın dahayüksək səviyyəyə qalxdığını bildirib. Ölkələr arasında ədliyyəsahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilənəməkdaşlıqdan bəhs edən türkiyəli nazir əlaqələrin daha dagücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasınınvacibliyini vurğulayıb.

Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildəgöndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyalarısahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrəəməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraqdoğuran məsələlər müzakirə edilib.

phrase_var_article.chosen
45
27
az.trend.az

10phrase_var_article.sources